İdman

Fransa Türkiyəni məğlub edərək Millətlər Liqasının 1/4 finalına yüksəldi - Video

16 Nov 2026, 01:45 4 baxış
Fransa Türkiyəni məğlub edərək Millətlər Liqasının 1/4 finalına yüksəldi - Video
UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Fransa millisi Türkiyə yığmasını qəbul edib. Oxu.Az xəbər verir ki, A Liqasında keçirilən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 49-cu dəqiqədə Fransa millisinin yarımmüdafiəçisi Bredli Barkola açıb. Eli Krupi 80-ci dəqiqədə fərqi iki topa çatdırıb. Qonaqların müdafiəçisi Abdülkerim Bardakçı isə 90-cı dəqiqədə fərqi azaldaraq yekun hesabı müəyyənləşdirib - 2:1. Qrup mərhələsində keçirdiyi altı oyundan sonra 13 xal toplayan Fransa millisi A Liqasının I qrupunu lider kimi başa vuraraq UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər