Digər
ABŞ-da bütün uçuşlar dayandırıldı - Nə baş verir?
ABŞ-ın bütün hava limanlarından uçuşlar dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Federal Aviasiya İdarəsinin (FAA) məlumatında deyilir.
Bildirilib ki, müvafiq qərara səbəb hava hərəkətinin idarəedilməsi ilə bağlı avadanlıqlarda yaranan problemdir:
"Uçuş məhdudiyyətləri fövqəladə hallar və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən tətbiq edilib. Bütün hava limanlarından uçuşlar qadağan edilib. Bütün uçuşa hazırlaşan təyyarələr növbəti göstərişə qədər hava limanında saxlanılmalıdır".
Mənbə
axar.az