Cəmiyyət

Bəzi ərazilərdə qəzalı binalar sökülür - Video

14 Nov 2026, 01:00 6 baxış
Bəzi ərazilərdə qəzalı binalar sökülür - Video
Sumqayıtda köhnə və qəzalı binaların sökülməsi ilə bağlı yeni layihənin icrası davam etdirilir. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, ilkin mərhələdə şəhərin 21-ci və 4-cü məhəllələrində qəzalı binaların sökülməsi işləri aparılır. Növbəti mərhələlərdə digər ərazilərdə də söküntü işlərinin davam etdirilməsi nəzərdə tutulur. Artıq söküntü siyahısına daxil ediləcək binalarda inventarizasiya işləri aparılıb.

Sakinləri maraqlandıran əsas məsələlərdən biri də mənzillərə görə ödəniləcək kompensasiyanın məbləğidir. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda söküntü prosesi şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də oxşar işlərin aparılması nəzərdə tutulur.
Bəzi ərazilərdə qəzalı binalar sökülür - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər