İdman

Lixtenşteynlə oyunöncəsi Azərbaycan millisində itki

13 Nov 2026, 21:00 5 baxış
Lixtenşteynlə oyunöncəsi Azərbaycan millisində itki
Azərbaycan milli komandasının Lixtenşteynlə keçirəcəyi oyundan əvvəl heyətində dəyişiklik edilib. Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən millinin heyətindən çıxarılıb. Qeyd edək ki, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması ilə qarşılaşacaq. "Reynpark" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər