İdman

Türkiyə millisinin üzvü komandanın düşərgəsini tərk etdi - Foto

13 Nov 2026, 15:12 6 baxış
Türkiyə millisinin üzvü komandanın düşərgəsini tərk etdi - Foto
Türkiyə millisinin müdafiəçisi Ozan Kabak yığmanın düşərgəsini tərk edib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu UEFA Millətlər Liqasının A Liqasında Belçikaya (1:2) qarşı oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Bu səbəbdən o, noyabrın 15-də Fransa ilə səfər matçında komandasına kömək edə bilməyəcək. TFF futbolçunun cəza səbəbindən məşqçilər korpusunun icazəsi ilə milli komandanın düşərgəsini tərk etdiyini bildirib. Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının I qrupunda beş turdan sonra xalsızdır və sonuncu pillədə qərarlaşıb.
Türkiyə millisinin üzvü komandanın düşərgəsini tərk etdi - Foto Türkiyə millisinin üzvü komandanın düşərgəsini tərk etdi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər