İdman
UEFA Millətlər Liqası: Niderland Yunanıstanı, Serbiya Almaniyanı qəbul edir
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. Oxu.Az xəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq. A Liqasının II qrupunda Niderland Yunanıstanı, Serbiya isə Almaniyanı qəbul edəcək. B Liqasının I qrupunda Şotlandiya Şimali Makedoniya, Sloveniya isə İsveçrə ilə qarşılaşacaq. C Liqasının III qrupunda Moldova Qazaxıstanı, Slovakiya isə Farer adalarını qəbul edəcək. IV qrupda Bolqarıstan İslandiya, Lüksemburq isə Estoniya ilə üz-üzə gələcək. D Liqasının I qrupunda Andorra Cəbəllüttariqlə qarşılaşacaq. II qrupda isə Azərbaycan millisi səfərdə Lixtenşteynlə üz-üzə gələcək. UEFA Millətlər Liqası A Liqası, II qrup 23:45, Niderland - Yunanıstan; 23:45, Serbiya - Almaniya. B Liqası, I qrup 23:45, Şotlandiya - Şimali Makedoniya; 23:45, Sloveniya - İsveçrə. C Liqası, III qrup 21:00, Moldova - Qazaxıstan; 23:45, Slovakiya - Farer adaları. C Liqası, IV qrup 23:45, Bolqarıstan - İslandiya; 23:45, Lüksemburq - Estoniya. D Liqası, I qrup 23:45, Andorra - Cəbəllüttariq. D Liqası, II qrup 23:45, Lixtenşteyn - Azərbaycan.
Mənbə
oxu.az