İdman

Şahmatçılarımız Avropa çempionatında üç medal qazanıblar - Foto

13 Nov 2026, 00:28 10 baxış
Şahmatçılarımız Avropa çempionatında üç medal qazanıblar - Foto
Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatına yekun vurulub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. Bildirilib ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub etməklə yarışı maksimal nəticə ilə başa vurub. Bir tur əvvəl çempionluğu təmin edən Nərmin 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb. 18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb. 8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O Avropa çempionatının bürünc medalçısı olub. Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla vuraraq komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşdürüb.
{{gallery}}
Şahmatçılarımız Avropa çempionatında üç medal qazanıblar - Foto Şahmatçılarımız Avropa çempionatında üç medal qazanıblar - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər