İdman
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, oyun günündə səkkiz qarşılaşma baş tutacaq. A Liqasının I qrupunda Türkiyə Belçikanı qəbul edəcək, İtaliya isə Fransa ilə üz-üzə gələcək. A Liqasının III qrupunda Çexiya İspaniya, İngiltərə isə Xorvatiya ilə qarşılaşacaq. C Liqasının I qrupunda Albaniya Finlandiya, San-Marino isə Belarusla münasibətlərinə aydınlıq gətirəcək. C Liqasının II qrupunda Ermənistan Kipri qəbul edəcək, Monteneqro isə Latviya ilə qarşılaşacaq. UEFA Millətlər Liqası Sabah A Liqası, I qrup 21:00. Türkiyə - Belçika; 23:45. İtaliya - Fransa. A Liqası, III qrup 23:45. Çexiya - İspaniya; 23:45. İngiltərə - Xorvatiya. C Liqası, I qrup 23:45. Albaniya - Finlandiya; 23:45. San-Marino - Belarus. C Liqası, II qrup 21:00. Ermənistan - Kipr; 23:45. Monteneqro - Latviya.
Mənbə
oxu.az