İdman

"Çelsi"nin qapıçısı 400 min dollarlıq "Ferrari"si ilə qəzaya uğradı - Foto

12 Nov 2026, 03:20 10 baxış
"Çelsi"nin qapıçısı 400 min dollarlıq "Ferrari"si ilə qəzaya uğradı - Foto
"Çelsi" klubuna məxsus olan və icarə əsasında İtaliyanın "Komo" komandasında çıxış edən qapıçı Robert Sançes Almaniyada avtomobil qəzasına düşüb. O, təxminən 400 min dollar dəyərində olan "Ferrari" markalı avtomobilini yararsız hala salıb. Oxu.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, hadisə Almaniyadakı "Nürburqrinq" yarış trasında həvəskar yürüşlər zamanı baş verib. Nəşrin məlumatına görə, 28 yaşlı ispaniyalı qapıçı avtomobilə nəzarəti itirərək saatda təxminən 112 kilometr sürətlə təhlükəsizlik baryerinə çırpılıb. Zərbənin təsirindən avtomobilin ön hissəsi dağılıb, qalıqları isə tras boyunca səpələnib. Şahidlərdən birinin sözlərinə görə, Sançes xəsarət almayıb. O, avtomobildən dərhal çıxaraq heç nə olmamış kimi dağılan hissələri toplamağa başlayıb. Qeyd edək ki, Sançes sentyabr ayında London təmsilçisindən icarə əsasında "Komo"ya keçib.
{{gallery}}
"Çelsi"nin qapıçısı 400 min dollarlıq "Ferrari"si ilə qəzaya uğradı - Foto "Çelsi"nin qapıçısı 400 min dollarlıq "Ferrari"si ilə qəzaya uğradı - Foto "Çelsi"nin qapıçısı 400 min dollarlıq "Ferrari"si ilə qəzaya uğradı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər