22 yaşlı futbolçu məşq zamanı öldü
Fransanın “Sen-Deni” klubunun futbolçusu Vanis Onsor vəfat edib. 22 yaşlı idmançının məşq zamanı ürəyi dayanıb.
Axar.az xəbər verir ki, bu barədə futbolçunun yetirməsi olduğu “Ruan 1899” klubunun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
“Ruan 1899” futbol klubu bu gün səhər Vanis Onsorun qəfil vəfatı xəbərini böyük kədərlə qarşılayıb. O, “Sen-Deni” klubu ilə məşq zamanı ürəyinin dayanması nəticəsində dünyasını dəyişib. Gənclər və əvəzedici komandaların heyətində qırmızı formanı geyinmiş futbolçu klubumuzun yetirməsi olub”, –klubun bəyanatında bildirilib.
Onsor “Ruan 1899”un əsas komandasında Fransa çempionatının üçüncü divizionu olan Milli Liqada üç oyun keçirib və bir qol vurub. Futbolçu yanvar ayında “Fler” klubundan “Sen-Deni”yə keçib.