İdman

Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi

11 Nov 2026, 14:12 9 baxış
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan qarşılaşmasını Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Oxu.Az xəbər verir ki, D Liqasının oyununa FIFA referisi Kristo Tohver təyinat alıb. Ona həmyerliləri Silver Koiv və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim vəzifəsini Yonas Yanovits yerinə yetirəcək. VAR-da Marko Liva, AVAR-da isə Yuri Frişer çalışacaq. Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər