Kriminal
İşə gedərkən itlərin hücumuna məruz qaldılar: Lökbatanda çəkilən görüntülər - Video
Səhər işə gedən sakin bir neçə itin hücumuna məruz qalır. İtlər onu dövrəyə alaraq dişləyirlər. Sakin itlərdən uzaqlaşmağa çalışır və çətinliklə də olsa, xilas ola bilir. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün səhər Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Qobu Park" yaşayış massivində baş verib. Görüntülər binalardan birinin yuxarı mərtəbəsindən çəkilib. Sakinlərin sözlərinə görə, həmin səhər binaların həyətində ümumilikdə beş nəfəri it dişləyib. Zərərçəkənlər arasında Elgün Adıgözəlov və Ruslan İsmayılov da var.
Onların sözlərinə görə, hadisədən sonra Kliniki Tibbi Mərkəzə aparılıblar. Orada müayinə olunublar və onlara vaksin vurulub. Bədənlərinin müxtəlif nahiyələrindən xəsarət alan sakinlər keçirdikləri qorxunu hələ də unuda bilmədiklərini deyirlər. Sakinlər bildirirlər ki, bu, massivdə baş verən ilk belə hadisə deyil. Onların sözlərinə görə, ərazidə sahibsiz itlərin sayı artır. Sakinlər xüsusilə səhər tezdən və axşam saatlarında həyətə çıxmağa ehtiyat etdiklərini deyirlər. Uşaqlarını məktəbə göndərən valideynlər də narahatdırlar. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsələr də, nəticə olmayıb.

Mənbə
oxu.az