Dünya
Canni İnfantino Trampla əlaqələrinə görə ifadə verməyə çağırıla bilər
FIFA-nın prezidenti Canni İnfantino ifadə vermək üçün ABŞ Konqresinə çağırıla bilər. Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, İnfantinonun FIFA-nın ABŞ Prezidenti Donald Trampla əlaqələrinin araşdırılması çərçivəsində Konqresə çağırılması nəzərdən keçirilir. ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsi İnfantinonun Trampla əlaqələrini iyul ayından araşdırır. Demokratların aralıq seçkilərində qələbəsindən sonra komitəyə konqresmen Ceymi Raskin rəhbərlik edə bilər. Raskin FIFA-nın Tramp və onun müttəfiqləri ilə maliyyə əlaqələrinə dair araşdırma başladıb. O, iyulda 56 yaşlı İnfantinoya göndərdiyi məktubda FIFA-nın Trampın rəğbətini qazanmaq üçün apardığı iddia olunan "məqsədyönlü kampaniya" ilə bağlı araşdırmaya başlandığını bildirib.
Mənbə
oxu.az