İdman

"Lion"un yeni baş məşqçisi açıqlandı

10 Nov 2026, 16:30 13 baxış
"Lion"un yeni baş məşqçisi açıqlandı
Fransanın "Lion" klubunun yeni baş məşqçisi müəyyənləşib. Oxu.Az xəbər verir ki, Liqa 1 təmsilçisi ispaniyalı mütəxəssis Karlos Visensin təyinatını rəsmən açıqlayıb. 43 yaşlı çalışdırıcı ilə 2028-ci il iyunun 30-dək müqavilə imzalanıb. O, bu postda "Sportinq"ə keçən Paulo Fonsekanı əvəzləyib. Visens son olaraq Portuqaliyanın "Braqa" klubunda işləyib. O, daha əvvəl 2021-2025-ci illərdə Pep Qvardiolanın rəhbərliyi altında "Mançester Siti"nin məşqçilər korpusunda yer alıb. Qeyd edək ki, "Lion" Fransa çempionatında 17 xalla beşinci pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər