İdman

Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb

10 Nov 2026, 10:20 12 baxış
Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub. Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları bu arenada üz-üzə gələcəklər. Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq. Qeyd edək ki, "Xankəndi" klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.
Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb
Mənbə oxu.az

Oxşar Xəbərlər