İdman

UEFA azərbaycanlı hakimi bu oyunlara təyin etdi

10 Nov 2026, 01:52 24 baxış
UEFA azərbaycanlı hakimi bu oyunlara təyin etdi

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, o, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.


Babək Quliyev noyabrın 11-də Macarıstan - Şimali Makedoniya, 14-də Şimali Makedoniya - San Marino, 17-də isə San Marino - Macarıstan qarşılaşmalarında iş başında olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər