Digər

Seçkilər saxtalaşdırılıb? - Trampdan şok

09 Nov 2026, 20:31 8 baxış
Seçkilər saxtalaşdırılıb? - Trampdan şok

ABŞ Prezidenti Donald Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib.


Axar.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth social” səhifəsindəki paylaşımında bildirib.


"Doğrudanmı kimsə bu seçkinin dürüst keçirildiyinə inanır? Sorğuların nəticələri necə bu qədər yanlış ola bilərdi? Erkən səsvermə zamanı qeydə alınan bəzi səslər o qədər böyük idi ki, nə qədər insan səs verməyə getsə də, qalib gəlmək mümkün deyildi. Hər şey seçicidən daha vacib olan səsvermə maşınları ilə bağlıdır”, - Tramp bildirib.


Qeyd edək ki, Konqresə keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası böyük üstünlüklə qalib gəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər