Cəmiyyət
Bakıda külək ağacları aşırdı: Ən çox zərər görən rayonlar açıqlandı - Foto/Video
Ötən gündən davam edən güclü külək nəticəsində Bakıda 16 ağac aşıb, 32 ağacın isə budaqları qırılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, ötən gün axşam saatlarından əsən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə (YTB) 48 müraciət daxil olub. Məlumata görə, müraciətlər əsasən Xəzər, Suraxanı və Nizami rayonlarını əhatə edib. Nəticədə 16 ağac aşıb, 32 ağacın budaqları qırılıb. Aşmış ağaclar və qırılmış budaqlar ərazilərdən götürülüb. Qurumdan, həmçinin bildirilib ki, dəyişkən hava şəraiti ilə əlaqədar birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az