Cəmiyyət

Dərslikdəki "ideal şagird" mübahisə yaratdı: "Nə gecikir, nə yorulur, nə də köçürür..." - Video

09 Nov 2026, 18:12 3 baxış
Dərslikdəki "ideal şagird" mübahisə yaratdı: "Nə gecikir, nə yorulur, nə də köçürür..." - Video
Baku TV-nin "Aktual gündəm" verilişində dərsliklərdə mətnlərin məzmunu və şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu müzakirə edilib. Oxu.Az xəbər verir ki, müzakirədə 7-ci sinif dərsliyində yer alan, çalışqan və intizamlı Fateh adlı uşağın obrazından bəhs edən şeir ətrafında fikir ayrılığı yaranıb. Şeirdə Fatehin dərsə gecikməməsi, hamıya kömək etməsi, oxumaqdan yorulmaması və hazır yazıları köçürməməsi kimi xüsusiyyətlər təsvir olunur.

Proqramın aparıcısı Elçin Əlibəyli bu məzmunun 12-13 yaşlı şagirdlər üçün nə dərəcədə maraqlı və faydalı olduğunu sual edib. "Yeddinci sinif şagirdi bunu niyə öyrənsin ki?! Şagird 12 yaşında artıq "Tom Soyerin macəraları"nı oxumalıdır", - deyə E.Əlibəyli bildirib. Pedaqogika üzrə fəlsəfə doktoru Soltan Hüseynoğlu isə şeirdə uşaqlara nümunə ola biləcək müsbət obraz yaradıldığını vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər