İdman
Mourinyo ayın ən yaxşı məşqçisi seçildi
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında oktyabr ayının ən yaxşı məşqçisi seçilib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə La Liqanın rəsmi açıqlamasında bildirilib. "Real Madrid" oktyabr ayında ölkə çempionatında keçirdiyi hər üç matçda qələbə qazanıb. Komanda 12 turdan sonra 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Turnir cədvəlinə isə 33 xalla "Barselona" başçılıq edir. 63 yaşlı Joze Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər "Real Madrid"ə rəhbərlik edib və 2026-cı ilin iyulunda klubun baş məşqçisi postuna qayıdıb. Onun rəhbərliyi altında komanda İspaniya çempionluğunu, ölkə kubokunu və Superkubokunu hərəsini bir dəfə qazanıb. Mütəxəssis karyerası ərzində Portuqaliyanın "Leyriya", "Benfika" və "Porto", İngiltərənin "Çelsi", "Mançester Yunayted" və "Tottenhem", İtaliyanın "İnter" və "Roma", eləcə də Türkiyənin "Fənərbağça" klublarında çalışıb.
Mənbə
oxu.az