İdman
“Real”ın əfsanəsi bu kluba baş məşqçi təyin olundu
Raul Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olunub.
Axar.az xəbər verir ki, 49 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Komanda baş məşqçinin rəhbərliyi altında ilk oyununa şənbə günü "Karlos Tartiere" stadionunda "Jirona"ya qarşı çıxacaq.
Qeyd edək ki, R.Qonsales 15 ildən çox "Real"ın şərəfini qoruyub. O, daha sonra "Şalke" (Almaniya), "Əl-Sədd" (Səudiyyə Ərəbistanı) və "Nyu-York Kosmos" (ABŞ) klublarında çıxış edərək 2015-ci ildə karyerasını başa vurub.
Mənbə
axar.az