Digər
Avropalılar Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək?
Avropalı nümayəndələr Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı keçiriləcək üçtərəfli danışıqlarda iştirak etməyəcəklər.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə görüşəcək", - o bildirib.
Qeyd edək ki, “Politiko” nəşri Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşavirlərinin Əbu-Dabidəki danışıqlar zamanı yaxınlıqda olacaqlarını bildirmişdi. Nəşr ölkələrin danışıqlarda gələcək iştirakının prosesin gedişatından asılı olaraq müəyyənləşdiriləcəyini də qeyd etmişdi.
Mənbə
axar.az