Kriminal
Yardımlıda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. Oxu.Az xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsil müəssisəsinə rəhbərlik edib. O, həmçinin Vərgədüz kənd bələdiyyəsinin üzvü kimi ictimai fəaliyyətlə məşğul olub. İqbal Ziya
Mənbə
oxu.az