Digər
Polşada 6 nəfəri öldürən şəxs xəstəxanada öldü
Polşanın Krakov şəhərində insanlara atəş açan şəxs bu gün səhər saatlarında xəstəxanada ölüb.
Axar.az xəbər verir ki, bu barədə Malopolsk Voyvodalığı Polisi X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, noyabrın 7-si axşam saatlarında dəbilqə və zirehli jilet geyinmiş silahlı bir şəxs qara rəngli avtomobillə Krakovdakı əsas bazar meydanına daxil olub və yoldan keçənlərə, həmçinin tramvaya atəş açıb. Hücum nəticəsində 6 nəfər həlak olub, azı 15 nəfər isə yaralanıb.
Mənbə
axar.az