Digər

Avtomobili piyadaların üzərinə sürdü: yaralılar var

08 Nov 2026, 22:45 9 baxış
Avtomobili piyadaların üzərinə sürdü: yaralılar var

Dublində avtomobilin səkiyə çıxması nəticəsində səkkiz nəfər xəsarət alıb.


Axar.az xəbər verir ki, bu barədə RTE-nin məlumatında deyilir.


Bildirilib ki, hadisə şəhərin cənub hissəsində, bir neçə kiçik mağaza və restoranın yerləşdiyi küçədə baş verib. Toqquşma nəticəsində yeddi yeniyetmə və sükan arxasında 40 yaşlı qadın xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Polis "ciddi yol qəzası"nın baş verdiyini təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər