İdman

"Milan" səfərdə "Cenoa"nı üstələdi

08 Nov 2026, 20:36 14 baxış
"Milan" səfərdə "Cenoa"nı üstələdi
İtaliya A Seriyasının 11-ci turunda "Cenoa" və "Milan" komandaları üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, Genuyanın "Luici Ferraris" stadionunda keçirilən görüşdə qonaqlar 1:2 hesabı ilə qələbə qazanıblar. Matçın 13-cü dəqiqəsində "Milan"ın 20 yaşlı cinah hücumçusu Alfaco Sisse hesabı açıb. 19-cu dəqiqədə Kristian Pulişiç komandasının üstünlüyünü artırıb. 88-ci dəqiqədə isə "Cenoa"nın yarımmüdafiəçisi Mikael-Eqil Ellertsson uzaq məsafədən vurduğu zərbə ilə yekun hesabı müəyyənləşdirib. Bu qələbədən sonra "Milan" mövsümdə topladığı xalların sayını 24-ə çatdıraraq A Seriyasının turnir cədvəlində dördüncü pilləyə yüksəlib. "Cenoa" isə 13 xalla 13-cü sırada qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər