İdman

"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək

08 Nov 2026, 09:20 19 baxış
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Meydan sahibləri 10 xalla səkkizinci, "gənclik şəhəri" təmsilçisi 9 xalla doqquzuncu pillədə qərarlaşıb. Tura "Sabah" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq. Ehtiyatda daha bir matçı olan paytaxt klubu 20 xalla üçüncü, qonaqlar 13 xalla yeddinci yerdədir. Peşəkar Futbol Liqasının qərarı ilə XI tur "Zəfər turu" adlanıb. Misli Premyer Liqası I dövrə XI tur 8 noyabr 15:00. "İmişli" - "Sumqayıt" Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov. VAR: Cavid Cəlilov. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Azər Əsgərov. Yevlax şəhər stadionu. 17:30. "Sabah" - "Şamaxı" Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı. VAR: Rəvan Həmzəzadə. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Elçin Məmmədov. "Sabah Arena". Xatırladaq ki, turun əvvəli oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Mənbə oxu.az

Oxşar Xəbərlər