Digər

Hersoq yeni hökumət üçün Ayzenkota səlahiyyət verir

08 Nov 2026, 00:26 14 baxış
Hersoq yeni hökumət üçün Ayzenkota səlahiyyət verir

İsrail Prezidenti İshaq Herzoq hökumət qurmaq üçün ilk imkanı müxalifət lideri Qadi Ayzenkota verəcək.


Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.


Müxalifət lideri 28 gün ərzində yeni hökuməti qurmalıdır, əgər bu müddətdə hökumət qura bilməsə, səlahiyyət Baş nazir Benyamin Netanyahuya veriləcək.


Səlahiyyətlərin təhvil-təslim mərasimi prezident iqamətgahında baş tutacaq.


Qeyd edək ki, İsraildə 27 oktyabrda baş tutan seçkilərdə heç bir blok hökumət qurmaq üçün lazım olan qədər (120 yerlik Knessetdə ən azı 61 yer) mandat qazanmayıb. Belə ki, Netanyahu Bloku 53, Ayzenkot Bloku isə 48 mandat əldə edib. Ərəb partiyaları isə 19 mandata sahib olub.

Mənbə axar.az

Oxşar Xəbərlər