Dünya

İran raketlərinin uçuş məsafəsinə tətbiq olunan məhdudiyyət ləğv edildi

07 Nov 2026, 16:17 2 baxış
İran raketlərinin uçuş məsafəsinə tətbiq olunan məhdudiyyət ləğv edildi
İran öz raketlərinin uçuş məsafəsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb. Oxu.Az ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib. "İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib", - deyə general bildirib. SEPAH rəsmisinin sözlərinə görə, İran mövcud təhdidlərə cavab vermək imkanlarını praktikada nümayiş etdirəcək və asimmetrik müharibə şəraitində düşmənə heç gözləmədiyi yerdən zərbə endirmək qabiliyyətinə malikdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər