İdman
ABŞ-də qeyri-adi qol: Qapıçı rəqibi zədələyərək avtoqola səbəb oldu - Foto/Video
ABŞ-də qadın futbol liqasında keçirilən qarşılaşmada qeyri-adi qol qeydə alınıb. Oxu.Az xəbər verir ki, "North Carolina" və "Louisville" komandaları arasında keçirilən görüşün 72-ci dəqiqəsində, hesab meydan sahiblərinin xeyrinə 2:1 olarkən maraqlı epizod yaşanıb.
"North Carolina"nın qapıçısı Peyton Trayer topu uzaqlaşdırmaq istəyərkən onu rəqib komandanın hücumçusu MakKali Ballın sifətinə vurub. Top futbolçudan sıçrayaraq qapıya daxil olub və hesab 2:2-yə bərabərləşib. Zərbənin təsirindən yerə yıxılan Ball oyunu davam etdirə bilməyib. Tibbi heyətin köməyi ilə meydanı tərk edən futbolçu əvəzlənib.
Bununla belə, "North Carolina" qarşılaşmadan məğlub ayrılmayıb. Komandanın heyətində Hope Munson het-trik edərək 3:2 hesablı qələbəni təmin edib. Bu nəticə ilə "North Carolina" ACC turnirinin yarımfinalına vəsiqəni də təmin edib.

Mənbə
oxu.az