İdman

Misli Premyer Liqası: "Şəfa" və "Zirə" doğma meydanda qələbə axtarışında

07 Nov 2026, 08:00 25 baxış
Misli Premyer Liqası: "Şəfa" və "Zirə" doğma meydanda qələbə axtarışında
Bu gün Misli Premyer Liqasında XI turun növbəti qarşılaşmaları keçiriləcək. Oxu.Az xəbər verir ki, günün proqramına iki görüş daxildir. İlk matçda "Şəfa" "Araz-Naxçıvan"ı qəbul edəcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Günün digər görüşündə "Zirə" "Qəbələ" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 18:30-da start götürəcək. Misli Premyer Liqası XI tur 7 noyabr 16:00. "Şəfa" - "Araz-Naxçıvan"; 18:30. "Zirə" - "Qəbələ".
Mənbə oxu.az

Oxşar Xəbərlər