Digər

Sərnişin təyyarələrində bomba şübhəsi: qırıcılar havalandı

06 Nov 2026, 23:57 16 baxış
Sərnişin təyyarələrində bomba şübhəsi: qırıcılar havalandı

Bolqarıstanın MiQ-29 qırıcı təyyarələri bomba təhlükəsi barədə məlumat almış 2 sərnişin təyyarəsini Sofiya hava limanına qədər müşayiət ediblər.


Axar.az xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, London və Brüsseldən gələn təyyarələr Sofiya limanına uğurlu eniş edib və sərnişinlər təxliyə olunublar. Bundan sonra təyyarələrdə axtarış aparılıb, lakin hər hansı şübhəli əşya aşkarlanmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər