Digər

Əbu-Dabi danışıqlarına Budanov rəhbərlik edəcək

06 Nov 2026, 20:41 16 baxış
Əbu-Dabi danışıqlarına Budanov rəhbərlik edəcək

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək.


Axar.az xəbər verir ki, bu barədə o, “CBS Nyus”a deyib.


Budanov danışıqlarda əhəmiyyətli bir irəliləyiş gözləmədiyini, lakin görüşün keçirilməsinin özünün də irəliləyiş hesab etdiyini bildirib.


Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı üçtərəfli danışıqların 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçirilməsi planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər