Digər
Medvedyev Maska çağırış etdi: Tövbə et, əfv dilə!
Amerikalı iş adamı İlon Mask Ukraynaya kömək etdiyinə görə tövbə etməlidir.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Həyatının sonuna qədər İuda kimi yaşamaqdansa, bu, daha yaxşıdır. “Starlink” qalmaqalına görə milyarderi artıq hər tərəfdən tənqid atəşinə tutublar. Mask bundan iyrənib. O, müharibəni pisləyir. Amma bu kifayət deyil. İndi bir də əfv diləmək lazımdır”, - o bildirib.
Mənbə
axar.az