İdman

Qurban Qurbanov mübahisə edən legionerləri əsas komandadan uzaqlaşdırdı

06 Nov 2026, 16:26 1 baxış
Qurban Qurbanov mübahisə edən legionerləri əsas komandadan uzaqlaşdırdı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Marko Yankoviç və Mateus Silvanı əsas komandadan kənarlaşdırıb. Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb hər iki futbolçunun Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə keçirilən oyunda (0:0) yaşadığı mübahisə olub. Belə ki, qarşılaşmanın ilk hissəsində monteneqrolu yarımmüdafiəçi ilə braziliyalı müdafiəçi arasında sözlü münaqişə yaranıb. Komanda yoldaşları tərəfləri sakitləşdiriblər. Qurban Qurbanov isə fasilədə hər iki futbolçunu əvəzləyib. Baş məşqçi matçdan sonra keçirilən mətbuat konfransında hadisəyə münasibət bildirərək, oyunçuların mütləq cəzalandırılacağını söyləyib. Məlumata görə, insidentin iştirakçılarından hər biri 20 min dollar məbləğində cərimələnib.
Mənbə oxu.az

Oxşar Xəbərlər