Kriminal

Əlövsət Polad vəfat etdi

06 Nov 2026, 16:30 1 baxış
Əlövsət Polad vəfat etdi

Tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad vəfat edib.


Kult.az xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, Ə. Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndində anadan olub. 1973-cü ildən rayonun mətbuat orqanı "Gündoğar" qəzetində çalışıb, eyni zamanda Azərbaycan radiosunun "Xəbərlər" proqramı ilə əməkdaşlıq edib.


1990-cı ildən bədii yaradıcılığa başlayıb. "Bitməmiş povestlər" (2004), "Mənim dünyam", "Yazılan qalır", "Qalan yazılarım", "Narahatlıq", "Qurama", "Qiyamət" (2017) və "Ölümə hazırlıq" kimi kitabların müəllifidir.

Mənbə axar.az

Oxşar Xəbərlər