Digər

Hörmüzdə iki tanker minaya düşərək partladı

06 Nov 2026, 15:50 17 baxış
Hörmüzdə iki tanker minaya düşərək partladı

İranın icazə vermədiyi marşrutla Hörmüz boğazından keçmək istəyən iki tanker minaya düşərək partlayıb.


Axar.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.


“Bu iki tanker bütün naviqasiya və identifikasiya sistemlərini söndürərək, ABŞ-ın aqressiv, terrorçu düşüncəli silahlı qüvvələrinin dəstəyi ilə oradan keçməyə cəhd göstərdi”, - SEPAH bildirib.


Qeyd edilib ki, minalarla toqquşduqdan sonra tankerlərdə yanğın başlayıb və onlar dayanıblar.


“Həyati əhəmiyyət daşıyan su yolu bağlı qalır və İranın ABŞ-a təklif etdiyi yeddi şərt yerinə yetirilməyənə qədər heç bir dəyişiklik olmayacaq", - SEPAH vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər