İdman
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
Belarusun "Dnepr" klubunda çıxış edən Müzəffər Qurbanov Azərbaycanın U-21 millisinə çağırılıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu yığmanın noyabrda Bakıda keçiriləcək təlim-məşq toplanışına dəvət alıb. Hazırlıq prosesi noyabrın 9-dan 17-dək davam edəcək. Millimiz noyabrın 14-də və 17-də Omanla iki yoldaşlıq oyunu keçirəcək. Qeyd edək ki, "Dnepr" yetirməsi Müzəffər Qurbanov əsas komandada 38 matçda iştirak edib. O, bu görüşlərdə üç qol vurub, bir məhsuldar ötürmə verib.
Mənbə
oxu.az