İdman

Məhəmmədəli Osmanlının UFC-də növbəti rəqibi bəlli oldu

06 Nov 2026, 11:28 13 baxış
Məhəmmədəli Osmanlının UFC-də növbəti rəqibi bəlli oldu
Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-də növbəti döyüşünə çıxacaq. Oxu.Az xəbər verir ki, 22 yaşlı idmançı dekabrın 5-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək "UFC Saudi Arabia" turnirində qüvvəsini sınayacaq. "Ineffable" ləqəbli döyüşçü 61 kiloqram çəki dərəcəsində "ANB Arena"da moldovalı Pavel Andruska ilə qarşılaşacaq. Qeyd edək ki, Məhəmmədəli Osmanlının peşəkar MMA rekordu 12 qələbə və iki məğlubiyyətdən ibarətdir. O, UFC-də keçirdiyi yeganə döyüşdə uduzub. Pavel Andruska isə 9 qələbə ilə məğlubiyyətsizdir və UFC-də bir qələbə qazanıb.
Məhəmmədəli Osmanlının UFC-də növbəti rəqibi bəlli oldu Məhəmmədəli Osmanlının UFC-də növbəti rəqibi bəlli oldu
Mənbə oxu.az

Oxşar Xəbərlər