Digər

Azərbaycanda "Uber"in adı dəyişdirildi

06 Nov 2026, 10:11 10 baxış
Azərbaycanda "Uber"in adı dəyişdirildi

Azərbaycanda fəaliyyət göstərən "Uber" taksi sifarişi xidmətinin adı dəyişdirilib.


Axar.az FED.az-a istinadla xəbər verir ki, platforma bundan sonra "Heetch AZ" adı ilə fəaliyyət göstərəcək.


Dəyişikliklə bağlı məlumat tətbiqin "Quql Pley" (Google Play) platformasındakı səhifəsində yer alıb. Belə ki, tətbiqin açıqlamasında "Uber AZ"ın artıq "Heetch" olduğu və sadəcə adının dəyişdirildiyi bildirilib.


Ad dəyişikliyinə baxmayaraq, tətbiqin mövcud texniki identifikatoru saxlanılıb. Bu isə platformanın əvvəlki tətbiq üzərindən fəaliyyətini davam etdirdiyini göstərir.

Mənbə axar.az

Oxşar Xəbərlər