İdman
Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
Bu gün Misli Premyer Liqasında 11-ci tura start veriləcək. Oxu.Az xəbər verir ki, turun proqramına iki qarşılaşma daxildir. Günün ilk matçında "Qarabağ" "Azersun Arena"da "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq. İkinci oyunda "Neftçi" "Palms Sports Arena"da "Kəpəz"lə üz-üzə gələcək. Bu qarşılaşma isə saat 20:00-da start götürəcək. X tur 6 noyabr 18:00. "Qarabağ" - "Turan Tovuz"; 20:00. "Neftçi" - "Kəpəz".
Mənbə
oxu.az