Digər

Ukraynada onlayn seçkilər keçirilə bilər - Zelenski

06 Nov 2026, 01:51 17 baxış
Ukraynada onlayn seçkilər keçirilə bilər - Zelenski

Hakimiyyət Ukraynada onlayn formatda seçkiləri nəzərdən keçirə bilər. Lakin müharibə dövründə bu, olduqca çətindir.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ZDF telekanalına açıqlamasında deyib.


O bildirib ki, seçkilərin keçiriləcəyi təqdirdə, Ukrayna vətəndaşlarının əksəriyyəti səs verə bilməyəcək:


“Silahlı qüvvələr cəbhədədir, onlar da seçkiyə qarşıdır. Səs vermək imkanına sahib deyillər. Məgər bu, ədalətlidir? Milyonlarla insan səngərdədir və texniki olaraq bunu təşkil etmək mümkün deyil”.

Mənbə axar.az

Oxşar Xəbərlər