Digər

Daha iki hava limanında bomba təhdidi...

05 Nov 2026, 21:24 16 baxış
Daha iki hava limanında bomba təhdidi...

Böyük Britaniyanın Hitrou və Birmingem hava limanlarına bomba təhdidi ilə bağlı məlumatlar daxil olub.


Axar.az xəbər verir ki, “Tayms” nəşrinin məlumatına görə, daxil olan hədələr qısa müddətdə araşdırılıb. Bu hava limanlarında uçuşların fəaliyyətinə təsir göstərməyib. Hitrou hava limanının rəhbərliyi hədələri real təhlükə kimi qiymətləndirməyib.


Hadisə Avropanın müxtəlif ölkələrində təyyarələrə qarşı ardıcıl bomba hədələrinin qeydə alındığı bir vaxta təsadüf edib.


Bu gün səhər saatlarında hədələr səbəbindən bir sıra sərnişin təyyarələri təcili eniş etməyə məcbur olub. Milan istiqamətində uçan iki təyyarə təhlükəsiz şəkildə yerə enib. London, Dublin, Madrid, Kopenhagen və Helsinkidən həyata keçirilən bəzi reyslər də təhlükəsizlik tədbirləri çərçivəsində Fransa, Bolqarıstan və Belçikadakı hava limanlarına yönləndirilib.


Bildirilib ki, Avropada bomba hədələri ümumilikdə 25 aviareysə təsir göstərib. İndiyədək heç bir ölkə hədələrin arxasında kimin dayandığını açıqlamayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər