İdman

"Barselona" Rafinyanın müqaviləsini uzatdı

05 Nov 2026, 17:20 16 baxış
"Barselona" Rafinyanın müqaviləsini uzatdı
Braziliyalı futbolçu Rafinya İspaniyanın "Barselona" klubu ilə yeni müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yeni anlaşma 2030-cu ilin yayınadək qüvvədə olacaq. 29 yaşlı vingerin əvvəlki müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu. Qeyd edək ki, Rafinya 2022-ci ildən "Barselona"da çıxış edir. O, Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu və ölkə Superkubokunun qalibi olub, bir dəfə isə İspaniya Kubokunu qazanıb. Braziliyalı futbolçu 2024/25 mövsümündə UEFA Çempionlar Liqasının ən məhsuldar oyunçusu olub. Rafinya daha əvvəl Portuqaliyanın "Sportinq", Fransanın "Renn" və İngiltərənin "Lids" klublarında çıxış edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər