Cəmiyyət
Abşeron Milli Parkının su akvatoriyası genişləndirilir
"Abşeron Milli Parkının ərazisinin genişləndirilməsi ilə bağlı işlərə başlanıb". Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev I Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə deyib. Onun sözlərinə görə, həmin ərazidə dəniz akvatoriyası milli parka daxil olacaq ki, bu da dəniz akvatoriyasının mühafizəsinin təmin olunması və orada müəyyən reydlərin keçirilməsi deməkdir: "Biz sahil və dəniz ekosistemlərinə fokuslanmışıq. Ölkənin ən kiçik milli parkı olan Abşeron Milli Parkı Bakı şəhərinə ən yaxın milli parkdır və 783 hektar ərazidə yerləşir. Həmin ərazidə dəniz akvatoriyası milli parka daxil olacaq ki, bu da dəniz akvatoriyasının mühafizəsinin təmin olunması və orada müəyyən reydlərin keçirilməsi deməkdir".
Mənbə
oxu.az