Cəmiyyət

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video

05 Nov 2026, 15:40 2 baxış
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır. "Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək. Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Xələc kəndi haqqındadır.

Kənd ən azı 200 il ərzində Xələc adını daşıyıb. 2006-cı ilin iyulunda Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Açanan qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Sünik vilayətinin tərkibindədir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Qarabağ xanlığının Acanan Türk mahalının tərkibində olub. XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya imperiyasının hakimiyyəti altına keçib. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub. 1823-cü ildə Gürcüstanda sərkərdə və baş idarəçi A.P. Yermolovun əmri ilə tərtib edilmiş "Qarabağ əyalətinin təsviri" sənədinə əsasən, kənddə azərbaycanlıların əcdadları yaşayıblar. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1831-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 23 nəfər yaşayıb. 1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 34 nəfər yaşayıb. XIX əsrin sonu - XX əsrin əvvəllərində Cənubi Qafqazın, xüsusən Zaqafqaziya dəmir yolları şəbəkəsinin genişlənməsi, ticarətin inkişafı və sənayenin artımı ilə şərtlənən iqtisadi inkişafı regionun bir çox yaşayış məntəqələrində əhalinin sayının artmasına səbəb olub. Belə kəndlərdən biri 1897-ci ilə əhalisi kəskin artmış Xələc olub. Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 329 nəfər yaşayıb. Yelizavetpol quberniyası haqqında məlumat toplusu: 1900-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 334 nəfər yaşayıb. Yelizavetpol quberniyasının 1910-cu ilə olan yaddaş kitabçası: 1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 401 nəfər yaşayıb. 1915-ci ilə olan Qafqaz təqvimi: 1914-cü ildə kənddə 300 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan (indiki Yerevan) şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı İmperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb. 1918-1920-ci illərdə müstəqil erməni silahlı dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Yelizavetpol quberniyasında, o cümlədən Zəngəzurda türk əhaliyə qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, eləcə də digər bölgələrdə, xüsusən də Qarabağ və Naxçıvanda həyata keçirilib.
Arxiv sənədlərindəki məlumatlara əsasən, 1918-ci ilin dekabrında erməni silahlı birləşmələri kəndin sakinlərini atəşə tutublar. Hücum nəticəsində 80 nəfər öldürülüb, qalanlar isə qaçmağa məcbur olublar. Kəndin özü talan edilib və yandırılıb. Kəndin dağıdılması faktı 1919-cu ilə aid erməni mənbələri ilə də təsdiqlənir. 29 noyabr 1920-ci ildə Daşnaksütyun hökumətinin hələ də İrəvanda hakimiyyətdə qalmasına baxmayaraq, Sovet Ermənistanı elan edilib31. Növbəti gün Sovet Azərbaycanının rəhbərliyi Zəngəzuru Sovet Ermənistanına vermək qərarını qəbul edib. Nəticədə keçmiş Zəngəzur qəzası bölünüb: 1921-ci ilin yayında etnik təmizləmədən sonra, əsasən, erməni əhalisinin qaldığı qərb hissəsi Ermənistan SSR-in tərkibinə daxil olub, şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində qalıb. 1920-ci illərin əvvəllərində azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb. Sovet dövründə kənd 1930-cu ildə yaradılmış Qafan rayonunun tərkibində olub. Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərə qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): 1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 132 nəfər yaşayıb. 1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 94 nəfər yaşayıb. 1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 114 nəfər yaşayıb. 1940-cı illərdə kəndə ləğv edilmiş üç ətraf kəndin - Yeməzli, İncəvar və Tacədin kəndlərinin sakinləri köçürülüblər. 1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 1948-ci ildə Xələc kəndinin 48 azərbaycanlı sakini zorla Azərbaycanın Daşkəsən rayonuna köçürülüb. Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti: 1959-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 269 nəfər yaşayıb. 1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 331 nəfər yaşayıb. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. 1902-ci il "Yelizavetpol quberniyası haqqında məlumat toplusu"nda qeyd edilir ki, o vaxtlar kənddə məscid fəaliyyət göstərib. 2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə əvvəllər məscid kimi xidmət göstərdiyi təxmin edilən tikili aşkar edilib. Onun giriş qapısının üstündə yerləşən yarımoval formalı daşlarından birində XIX əsrin sonlarına aid ərəb yazısı qalıb.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr: Yuxarıdakı məlumatların əsaslandırılması üçün 34 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Xələc kəndi ilə bağlı 21 vizual material yerləşdirilib. Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır? - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər