İdman

"Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə - Video

04 Nov 2026, 23:46 27 baxış
"Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə - Video
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin IV turunda "Liverpul" səfərdə "Fənərbağça"ya 3:2 hesabı ilə məğlub olub. Oxu.Az xəbər verir ki, qarşılaşmada hesabı 25-ci dəqiqədə İngiltərə təmsilçisinin 19 yaşlı yarımmüdafiəçisi Trey Nyoni açıb.

Lakin meydan sahibləri cəmi dörd dəqiqə sonra "Mançester Yunayted"in sabiq hücumçusu Meyson Qrinvudun qolu ilə hesabı bərabərləşdiriblər. 69-cu dəqiqədə Aleksander İsak yenidən "Liverpul"u önə keçirib. Ancaq 73-cü dəqiqədə Arçi Braun hesabı bərabərləşdirib. Matçın 79-cu dəqiqəsində Vedat Muriqinin vurduğu qol Türkiyə klubuna qələbə qazandırıb. Beləliklə, "Fənərbağça" doğma meydanda İngiltərə təmsilçisini 3:2 hesabı ilə məğlub edib. Bu nəticədən sonra "Fənərbağça"nın hesabında 5, "Liverpul"un isə 9 xal var.
Mənbə oxu.az

Oxşar Xəbərlər