İdman
"Renn" - "Olimpiakos" matçında qalib müəyyənləşmədi
UEFA Avropa Liqasının ümumi mərhələsinin IV turunda "Renn" və "Olimpiakos" komandaları üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, Renn şəhərində keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Bu nəticədən sonra "Renn" 6 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 10 xalı olan "Olimpiakos" isə liderliyini qoruyub. Növbəti turda komandalar noyabrın 26-da meydana çıxacaqlar. "Renn" səfərdə "Neymegen"lə qarşılaşacaq, "Olimpiakos" isə doğma meydanda "Milan"ı qəbul edəcək.
Mənbə
oxu.az