İdman

"Qarabağ"ın U-19 komandası 7 qolluq məğlubiyyətlə turnirlə vidalaşdı

04 Nov 2026, 18:34 17 baxış
"Qarabağ"ın U-19 komandası 7 qolluq məğlubiyyətlə turnirlə vidalaşdı
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb. Oxu.Az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv cavab oyununda Xorvatiyanın "Dinamo" komandası ilə qarşılaşıb. Xorvatiyanın Zapreşiç şəhərində keçirilən görüş meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıda keçirilən ilk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən "Qarabağ" iki oyunun ümumi nəticəsinə əsasən turnirlə vidalaşıb. "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib. Oxu.Az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu komanda IV turda səfərdə Norveçin "Vikinq" klubu ilə qarşılaşıb. "Sandnes Ulf Arena"da keçirilən görüş rəqib komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Sabah"ın U-19 komandası növbəti matçını noyabrın 25-də "Barselona"ya qarşı keçirəcək. Bakı təmsilçisi turnirdə daha əvvəl Dortmund "Borussiya"sına (0:2), Çexiyanın "Slaviya"sına (0:3) və İngiltərənin "Mançester Yunayted"inə (0:5) məğlub olub. Azərbaycanın iki klubunun U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti sınağına çıxacaq. Oxu.Az xəbər verir ki, "Sabah" əsas mərhələnin IV turunda Norveçdə "Vikinq"in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Sandnes şəhərindəki "Sandnes Ulf Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. "Sabah" U-19 əvvəlki turlarda "Borussiya Dortmund"a (0:2), "Slaviya Praqa"ya (0:3) və "Mançester Yunayted"ə (0:5) uduzub. Eyni saatda "Qarabağ"ın U-19 komandası da səfər matçına çıxacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada "Dinamo Zaqreb"in qonağı olacaq. Bu matç da Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bakıda keçirilən ilk görüşdə Ağdam təmsilçisi 1:2 hesabı ilə məğlub olub.
"Qarabağ"ın U-19 komandası 7 qolluq məğlubiyyətlə turnirlə vidalaşdı
Mənbə oxu.az

Oxşar Xəbərlər