İdman

"Sabah" Vikinq"ə böyük hesabla məğlub oldu

04 Nov 2026, 18:18 24 baxış
"Sabah" Vikinq"ə böyük hesabla məğlub oldu

"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib.


Axar.az xəbər verir ki, təmsilçimiz IV turda səfərdə Norveç təmsilçisi "Vikinq"lə qarşılaşıb.


"Sandnes Ulf Arena"da keçirilən görüş rəqibin 5-0 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, U-19 növbəti matçını noyabrın 25-də "Barselona"ya qarşı keçirəcək. Bakı təmsilçisi daha əvvəl Dortmund "Borussiya"sına (0-2), Çexiyanın "Slaviya" (0-3) və İngiltərənin "Mançester Yunayted" (0-5) komandalarına məğlub olub.

Mənbə axar.az

Oxşar Xəbərlər